"Süni intellekt artıq şüurludur" - Mütəxəssis AÇIQLADI 

Hazırda oxunan: "Süni intellekt artıq şüurludur" - Mütəxəssis AÇIQLADI 

108860

Süni intellektin nə vaxtsa, şüurlu olub-olmayacağı ilə bağlı müzakirələr bütün dünyada manşetlərə çevrilib.

Bizim.Media xəbər verir ki, “OpenAİ”nin aparıcı tədqiqatçısı İlya Sutskever bu məsələyə münasibətini sosial şəbəkə hesabında bölüşüb:

"Bəlkə də bugünkü böyük neyron şəbəkələri bir az şüurludur."

Bu, kifayət qədər zərərsiz bir bəyanat kimi görünsə də dərhal bir çox elm adamının reaksiyasına səbəb olub.

UNSW süni intellekt tədqiqatçısı Tobi Uolşa görə, bunun səbəbi belə tapıntıların narahatlıq doğurması və ola bilsin ki, süni intellektin təkamülünə təsir etməsidir.

"Hər dəfə bu cür spekulyativ şərhlər efirə çıxanda söhbəti süni intellektin yaratdığı daha real imkanlara və təhdidlərə qaytarmaq aylarla səy tələb edir",-deyə Uolş qeyd edib.
Qeyd edək ki, süni intellektin şüurlu ola biləcəyi və ya artıq şüurlu hala gəldiyi iddiaları insanların qorxusuna səbəb olur.

Onlar başa düşürlər ki, süni intellekt texnologiyanı gec-tez ələ keçirəcək, lakin əgər texnologiyanın artıq süni intellektin inkişafında növbəti mərhələyə yaxınlaşdığına dair sübutlar varsa, bu barədə danışılmaması insanları daha çox narahat edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO