“Azərbaycan ÜTT-yə üzv olsa bunun çox böyük faydası ola bilər” – Antonio Nusifora 

“Azərbaycan ÜTT-yə üzv olsa bunun çox böyük faydası ola bilər” – Antonio Nusifora 

Hazırda oxunan: “Azərbaycan ÜTT-yə üzv olsa bunun çox böyük faydası ola bilər” – Antonio Nusifora 

108594

Azərbaycanın digər ölkələrlə ticarət sazişlərini artırması çox vacibdir. 

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib. 

O,  bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə 2004-cü ildən başlayan danışıqlar hələ də davam etməkdədir. “Azərbaycan ÜTT-yə üzvlük əldə etməklə bir çox üstünlüklərdən faydalana bilər. Qaydalara əsasən ticarət sektoruna investisiyalar artırıla bilər.
Bu, eyni zamanda ticarət sazişləri üçün imkanlar yaradır. Azərbaycanın Türkiyə, Ukrayna və MDB ölkələri ilə ticarət sazişləri var. Bu sazişlərin digər ölkələrlə artırılması olduqca vacib məqamlardır"- deyə A. Nusifora əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO