Mərmərə dənizində QƏZA: İki yük gəmisi toqquşub - FOTO 

Mərmərə dənizində QƏZA: İki yük gəmisi toqquşub - FOTO 

Hazırda oxunan: Mərmərə dənizində QƏZA: İki yük gəmisi toqquşub - FOTO 

107620

Türkiyədə Mərmərə dənizində Boğaziçi yaxınlığında iki türk yük gəmisi toqquşub. 

Bizim.Media "sabah.com" a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat verib. 

Qurumun məlumatına görə, hadisə Ahırkapı lövbər dayanacağında baş verib. 126 metrlik “Burhan Dizman” yük gəmisi 147 metrlik “Turan” konteyner gəmisi ilə toqquşub. 

“Hadisə yerinə bir yedək gəmisi, iki pilot-kapitanla birlikdə iki sürətli qayıq göndərilib”, - deyə məlumatda bildirilib.

Qurumun digər bir açıqlamasında qeyd edilib ki, yükdaşıyanlar təhlükəsiz şəkildə “Ahırkapı” lövbər dayanacağına bağlanıb. 

Hadisənin nəticələri barədə məlumat verilmir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO