Avropa İttifaqı ölkələri Rusiya ilə bağlı razılığa gəldi

Avropa İttifaqı ölkələri Rusiya ilə bağlı razılığa gəldi

Hazırda oxunan: Avropa İttifaqı ölkələri Rusiya ilə bağlı razılığa gəldi

107601

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Rusiya ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, razılıq dəniz yolu ilə tədarük edilən Rusiya neftinin qiymət həddi ilə bağlıdır.

Bu barədə Aİ Şurasındakı Çexiya nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Aİ səfirləri Rusiya neftinin qiymətini 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edib.

Qeyd edilib ki, bu qərar həftə sonu rəsmi olaraq təsdiq edilməlidir. Rusiya neftini qiyməti ilə bağlı qərar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO