Almaniya Parlamenti Qolodomoru soyqırımı kimi tanıyıb

Almaniya Parlamenti Qolodomoru soyqırımı kimi tanıyıb

Hazırda oxunan: Almaniya Parlamenti Qolodomoru soyqırımı kimi tanıyıb

107199

Almaniya Parlamentində Qolodomor soyqırımı ilə bağlı müzakirələr keçirilib. 

Bizim.Media xəbər verir ki, müzakirələrin sonunda Qolodomor soyqırımı aktı kimi tanınıb. 

Belə ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib. Qətnamədə Qolodomorun insanlığa qarşı cinayət olduğu vurğulanıb.  
“Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, - deyə bildirilib. 

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO