Kanada məhkəməsi qərar verdi: “SEPAH terrorçu təşkilatdır”

Kanada məhkəməsi qərar verdi: “SEPAH terrorçu təşkilatdır”

Hazırda oxunan: Kanada məhkəməsi qərar verdi: “SEPAH terrorçu təşkilatdır”

107065

Kanadanın Ontario Ali Məhkəməsi İran İnqilabının Keşikçiləri Korpusunu “terror təşkilatı” elan edib, çünki onun qollarından biri olan Qüds Qüvvələri daha əvvəl Kanada tərəfindən terror təşkilatı kimi tanınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, bu qərar kanadalı mərhum vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcuna görə çıxarılıb.

Hakim bu borcun ödənilməməsinə qərar verib, çünki İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunur.

Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarını pozur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO