''Amazon''un sahibi vəzifəsindən getdi

''Amazon''un sahibi vəzifəsindən getdi

Hazırda oxunan: ''Amazon''un sahibi vəzifəsindən getdi

10593

“Amazon” korporasiyasının sahibi Ceff Bezos şirkətin baş direktoru vəzifəsini bu ilin üçüncü rübündə tərk edəcək. O  Direktorlar Şurasının sədri vəzifəsini icra edəcək.

Bizim.Media-nın xəbərinə görə, şirkətin yaydığı məlumatda  bildirilir ki, Bezosun yerini Endi Cessi tutacaq.

Bezos bildirib ki, bu addımı atmağa  yaxşı maliyyə göstəriciləri və şirkətin dayanıqlı mövqeyi imkan verir:

“Hazırda “Amazon”un yeniliklərinin ən yüksək səviyyədə olduğunu görürəm və bunun sayəsində belə bir dəyişiklik üçün doğru vaxt gəlib”, - mətbuat xidməti baş direktorun sözlərini sitat gətirir.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyanın ən zəngin insanıdır. Şirkət səhmlərin 11%-nin sahibi olan Bezosun varidatı $196,2 milyard həcmində qiymətləndirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO