“Makron qətnamənin Fransanın danışıqlar prosesindəki mövqeyinin güclənməsinə xidmət edəcəyini düşünür”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan və himayədarları Azərbaycana başqa seçim qoymurlar” - Fərhad Məmmədov
O, əlavə edib ki, necəki 44 günlük müharibədən sonra Fransa oyundankənar qaldığını görüb hələ 2 il qabaq Senatda ilk bədnam qətnamə qəbul etmişdi.
"2 ildən sonra da hadisələr Azərbaycanın cızdığı məcra ilə getdiyindən Fransa buna etiraz olaraq şantaj xarakterli qətnamə qəbul edib. Niyə şantaj xarakterli deyirəm, ona görə ki, Senatın hökümətə çağırışı Fransa Prezidentin imzası olmadan qüvvəyə minmir”.
Fərhad Məmmədov onu da əlavə etdi ki, necəki 44 günlük müharibədən sonra Fransanın hər hansı bir nəzərəçarpacaq rolu olmayıb, bu qətnamədən sonra da Fransa istədiyini ala bilməyəcək:
“Əksinə bu qətnamə Azərbaycan-Fransa münasibətlərini pisləşdirəcək, mürəkkəbləşdirəcək. Yəqin ki, Azərbaycan da Fransa ilə bağlı atacağı addımlara yenidən baxacaq”.
Surxay Atakişiyev, Bizim.Media