Ukraynanın İsraillə bağlı səsverməsi narazılıq yaratdı – Səfir XİN-ə çağrıldı 

Ukraynanın İsraillə bağlı səsverməsi narazılıq yaratdı – Səfir XİN-ə çağrıldı 

Hazırda oxunan: Ukraynanın İsraillə bağlı səsverməsi narazılıq yaratdı – Səfir XİN-ə çağrıldı 

104531

BMT-də İsraillə bağlı qətnamə layihəsi Təl-Əvivlə Kiyev arasında qalmaqal yaradıb.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, ali qurumda İsraillə bağlı layihə səsə qoyularkən Ukraynanın BMT-dəki nümayəndəsi qətnamənin lehinə səs verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Bundan sonra isə Ukraynanən Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə İsrail XİN-in bəyanatında bildirilib.

Qeyd olunub ki, söhbət zamanı İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.

“Səfirə açıq şəkildə bildirilib ki, bu davranış dostluq davranışını təcəssüm etdirmir”, - bəyanatda bildirilib.

Görüşlə bağlı Ukraynanın İsraildəki səfirliyinin “Facebook” hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub ki, Ukrayna səfiri Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı nümayəndəsi iştirak etməyən İsrailin mövqeyindən məyusluğunu bildirib. 

Qeyd edək ki, sözügedən qətnamədə İsrailin İordan çayının qərb sahilini işğal etməsi ilə bağlı beynəlxalq təhqiqatın açılmasını nəzərdə tutulur.

Səsə qoyulan qətnamənin 98 ölkə lehinə, 17 ölkə isə əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO