Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Hazırda oxunan: Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

104393

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşünə toxunublar.
Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib.

Öz növbəsində Paşinyan ABŞ-ın səylərini və dövlət katibi Blinkenin şəxsən iştirakını yüksək qiymətləndirib.

Tərəflər regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO