Netanyahu Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat aldı

Netanyahu Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat aldı

Hazırda oxunan: Netanyahu Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat aldı

104155

İsrail prezidenti İçxak Hersoq bazar günü Likud partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də Knessetə (parlament) keçirilən növbədənkənar seçkilərdən sonra hökumət koalisiyası yaratmaq mandatı verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Dövlət başçısı bu qərarı parlamentin yeni çağırışına daxil olan bütün partiyaların nümayəndələri ilə üç günlük məsləhətləşmələrdən sonra qəbul etdiyini xatırladıb.

Nəticələrə görə, Netanyahunun namizədliyini deputatların yarıdan çoxu - 64 parlamentari dəstəkləyib. 28 nəfər isə hazırkı baş nazir Yair Lapidin namizədliyinə “hə” deyib, digər 28 deputat hər hansı namizədə səs verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO