18 il Parisin hava limanında yaşayan İranlı vəfat etdi

18 il Parisin hava limanında yaşayan İranlı vəfat etdi

Hazırda oxunan: 18 il Parisin hava limanında yaşayan İranlı vəfat etdi

104067

18 il  Parisin “Şarl de Qoll” hava limanında yaşayan İranlı dünyasını dəyişib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Mehran Kərimi Nasseri ürək tutmasından vəfat edib.

1945-ci ildə doğulduğu güman edilən Nasseri 1988-2006-cı illərdə Paris hava limanında yaşayıb.

Aeroport sözçüsünün sözlərinə görə, o, həyatının son həftələrini də hava limanında keçirib.

Nasserinin hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO