Türk Dövlətləri Təşkilatının Zirvə görüşü hansı dövlətlərin yuxusuna haram qatdı? - SİYAHI 

Türk Dövlətləri Təşkilatının Zirvə görüşü hansı dövlətlərin yuxusuna haram qatdı? - SİYAHI 

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının Zirvə görüşü hansı dövlətlərin yuxusuna haram qatdı? - SİYAHI 

103809

Xəbər verdiyimiz kimi, Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçirilib. Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə qurumda müşahidəçi ölkə statusundadır. Nəzərə alsaq ki, TDT-nın indiyədək keçirdiyi toplantılarda əsasən mədəni-sosial əlaqələrin inkişaf etdirilməsi müzakirə olunurdu. Bu dəfəki Zirvə görüşündə isə, sırf iqtisadi, kommunikasiya dəhlizləri və digər strateji məsələlər müzakirə edilib. Bu da TDT-nın artıq siyasi güc mərkəzinə çevrildiyini göstəricisidir.

Bununla yanaşı, TDT-nın regionda və dünyada yeni güc mərkəzinə çevrilməsi bəzi dövlətlərin şirin yuxusuna haram qatıb. Bir sıra ölkələr Türk Birliyinə qarşı açıq şəkildə çıxış edir və bu institutu öz maraqlarına uyğun təqdim etməyə çalışırlar.

Maraqlıdır, TDT-dan ən çox narahatçılıq keçirən dövlətlər hansılardır?

Bizim.Media sözügedən siyahını oxucularımıza təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

TDT-nin IX Zirvə Görüşü keçirilir - VİDEO


Siyahıda ilk yer alan dövlət İrandır. Bu dövlət üçün türk və türk birliyi ən qorxulu röyadır. Molla-fars rejimi bu gün Türk birliyindən daha çox ehtiyatlanır, nəyinki İsraildən və Qərbdən. Rəsmi Tehran TDT-nın qüdrətlənməsinin qarşısını almaq üçün hətta öz düşmənləri ilə separat danışıqlara gedir. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edən İran, hal-hazırda Fransa ilə münasibətləri istiləşdirməyə çalışır.

İkinci yeri Fransa dövləti tutur. Yelisey Sarayındakılar üçün TDT-nın siyasiləşməsi birmənalı şəkildə qəbuledilməzdir. Çünki Türkiyə son illər Fransanı nəyinki Afrika və Asiyada, eləcə də Avropada sıxışdırır. Avropanın lider dövlətinə çevrilmək istəyən Fransa, bu gün Böyük Britaniyadan və Almaniyadan daha çox özünə rəqib kimi Türkiyəni görür. Ona görə də İsveçə qarşı NATO-nun rəsmi Ankaranın təkidi ilə sərgilədiyi mövqe də bunu sübut etdi. Rəsmi Parisin TDT-nın siyasiləşməsinin qormasına səbəb, Afrika və Asiyadan sonra Şərqi Avropadan da sıxışdırılıb çıxarıla bilər.Bununçün də Fransa Ermənistana və hətta İrana stavka etməkdən belə çəkinmir.

Üçüncü yer Rusiya dövlətinindir. Rəsmi Kreml ilk baxışda TDT-na soyuqqanlı münasibət bəsləsə də, əslində bu qurum ən çox Rusiyanın maraqlarına zərbə vurur. Artıq KTMT-da və Avrasiya İqtisadi İttifaqında və MDB-də mərkəzdənqaçma başlayıb. Rusiyanın hər zaman özünün “arxa bağça”sı sandığı Qazaxıstan və Orta Asiya dövlətləri bu gün TDT-na daha çox ümidlə baxır. 30 il heç bir türk dövləti ilə isti münasibət qurmayan və qapılarını yalnız Rusiyaya açan Türkmənistan belə son bir il ərzində Türk birliyinə sürətlə inteqrasiya edir. Rusiyanın TDT-dan qorxusu İranın qorxusu ilə demək olar ki, üst-üstə düşür. Çünki İranın daxildən parçalanmasında türk faktoru əsas və alternativsiz olduğu kimi Rusiya üçün də bu təhlükə var.

Dördüncü yeri Ermənistan tutur. Ermənilər son vaxtlar meydanda tək qalmasının əsas səbəbkarı kimi TDT-nı görür. Çünki bu vaxtadək KTMT, Aİİ və MDB çərçivəsində bir sıra türk dövlətləri Ermənistanla eyni mövqedən çıxış edirdilər. Lakin son 2 ildə hər şey 180 dərəcə dəyişdi. Artıq rəsmi Tehran nə Qazaxıstana, nə Özbəkistana, nə Qırğızıstana, nədəki Türkmənistana müttəfiq kimi baxa bilir. Tam əksi olaraq bu dövlətlər son illər Ermənistanla münasibətlərini əmməlli-başlı korrektə ediblər. Təbii ki, TDT-da moderatorluq edən Türkiyə-Azərbaycan cütlüyü ermənilər üçün sadəcə “ölüm mələyi”dir. 

Beşinci Yunanıstan dövlətidir. Türklərlə tarixən düçmənçilik edən yunanlar türk dövlətlərinin qüdrətlənməsini heç cür həzm edə bilmir. Türkiyəyə zamanla göz dağı verməyə çalışan rəsmi Afina son illər sanki meydanda tək qalıb. Ənənəvi tərəfdaşlar da TDT ilə münasibətlərini korlamamaq üçün artıq Yunanıstandan üz çevirir. Bu isə Yunanıstanı sözün əsl mənasında ciddi narahat edir.

Siyahıda sonuncu, yəni altıncı yeri Hindistan dövləti alır. Türk dövlətinə hər zaman soyuq münasibəti ilə seçilən rəsmi Dehli TDT-nın siyasiləşməsini heç bir halda həzm edə bilmir. Bunun da bir çox səbəbləri var. Əsas səbəb isə, türk dövlətlərinin, xüsusən də Azərbaycanın Türkiyəvə Pakistanla sarsılmaz dostluq münasibətidir. Son illər rəncidə olan Hindistan İran, Rusiya və Ermənistanla münasibətlərini daha da sıx etməyə çalışır. 

Son olaraq onu da əlavə edək ki, söhbət təkcə siyahıdakı dövlətlərlə yekunlaşmır, eyni zamanda Avropanın və Asiyanın bəzi ölkələri də TDT-nın siyasiləşməsini normal qəbul edə bilmir. Çünki TDT-nın siyasi güc mərkəzinə çevrilməsi Qərbdə və Şərqdə geopolitik mənzərəni yenidən cızır. Bu da hazırda söz sahibi olan bir çox dövlətləri perspektiv planlarına yenidən baxmağa məcbur edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO