“Yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.
Onun sözlərinə görə, insanlar COVID-19-un yüngül xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlışdır.
“Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.
O, əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır:
“Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:19 / 07.11.2022
“Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir” – ÜST RƏSMİSİ
Hazırda oxunan: “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir” – ÜST RƏSMİSİ
Hazırda oxunan: “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir” – ÜST RƏSMİSİ
103150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.