Fahişəlik əməliyyatında yaxalanan qadın dəhşətləri danışdı: “Əvvəlcə qızını, sonra da səni...”

Fahişəlik əməliyyatında yaxalanan qadın dəhşətləri danışdı: “Əvvəlcə qızını, sonra da səni...”

Hazırda oxunan: Fahişəlik əməliyyatında yaxalanan qadın dəhşətləri danışdı: “Əvvəlcə qızını, sonra da səni...”

10236

Ankarada 6 ay davam edən əməliyyat nəticəsində məhv edilən fahişəlik şəbəkəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 29 qadını fahişəliyə sürükləyən şəbəkə və 8 şübhəli saxlanılıb.

Məlum olub ki, şəbəkə üzvləri qurbana çevrilən qadınları qızları və ailələrinin ölümü ilə təhdid edirmişlər.

Dəstə başçısı Osman K. tərəfindən təcavüzə uğrayan  N.F adlı qadın qızını həyatının necə qaraldığından danışıb.

Qızını tək qoymamaq üçün Ankaraya gəldiyini, bir müddət sonra iş axtarmağa başladığını deyən qadın tapdığı iş yerində fahişəliyə məcbur edildiyini bildirib:

“İşsiz idim. Osman K. ilə tanış oldum. O, “ofis kirayələyəcəyəm, qazandığın pulun yarısını alacağam” deyə təklif etdi.  Çox çətin durumdaydım. Qəbul etmək məcburiyytində qaldım.

Pulun yarısını alırdı. “Adımızı versən, səni və qızını öldürəcəyəm” deyə təhdid edirdi. Bir neçə dəfə polis evə basqın edib. Qorxudan ağzımı aça bilməmişəm.

Osmanın hərəkətlərinə dözə bilmədiyim üçün nəhayət bir gün danışdım və bu işi görmək istəmədiyimi bildirdim. Əsəbiləşən Osman, "Evinin adresini, hər şeyi bilirəm.

Gedəcəyəm əvvəl qızını, sonra gəlib səni öldürəcəyəm” deyə təhdid etdi. Sonra mənə ofisin arxasındakı otağa getməyimi tələb etdi. Otaqda məni təcavüz etdi. Çox qorxdum... ",-deyə qadın başına gələnləri qeyd edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO