Rusiyanın Qərbdə dondurulmuş 300 milyard avrosu Ukraynaya xərclənəcək

Rusiyanın Qərbdə dondurulmuş 300 milyard avrosu Ukraynaya xərclənəcək

Hazırda oxunan: Rusiyanın Qərbdə dondurulmuş 300 milyard avrosu Ukraynaya xərclənəcək

101818

Qərbdə dondurulmuş Rusiya ehtiyatları Ukraynanın gələcək bərpası üçün zəmanət ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Ədalət və Qanunun aliliyi üzrə komissarı Didye Reynders Almaniyanın "Funke" nəşrinə açıqlamasında deyib.

O, bildirib ki, söhbət Rusiyanın Qərbdəki 300 milyard avro dəyərindəki əmlakı və digər formada saxlanılan pullardan gedir.

Reynders əlavə edib ki, Aİ-dəki sanksiyaların bir hissəsi olaraq 90 nəfərin əmlakı dondurulub. Sözügedən əmlakın dəyəri 17 milyard avrodan çoxdur. Onlardan 2,2 milyard avroluq əmlak Almaniyadadır.
Bundan əlavə, Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə Rusiya Mərkəzi Bankının və ya Bankın adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqan ilə əməliyyatlara qadağa qoyulub.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO