"Rusiya hərbçiləri bütün mövcud səhiyyə sistemini sıradan çıxararaq Xerson vilayətini təcrid zonasına çevirməyə çalışır".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
Zelenski bildirib ki, Rusiya Xersonu sivilizasiyasız, elementar əşyaların olmadığı bir zonaya çevirir:
"Rusiya gələnə qədər Ukraynanın bütün digər bölgələri kimi bu bölgə də kifayət qədər normal və təhlükəsiz idi, orada insanlar bütün sosial xidmətlərlə təmin edilirdi. İndi Rusiya Xerson vilayətini sözün əsl mənasında, təcrid zonasına çevirməyə çalışır. Dünya buna cavab verməlidir. Xarici İşlər Nazirliyimiz, bütün nümayəndələrimiz işğalçıların bu yeni eskalasiya addımı barədə beynəlxalq təşkilatları və tərəfdaşları məlumatlandırır".
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:49 / 29.10.2022
“Rusiya Xersonu təcrid zonasına çevirir” – Zelenskidən dünya ictimaiyyətinə ÇAĞIRIŞ - VİDEO
Hazırda oxunan: “Rusiya Xersonu təcrid zonasına çevirir” – Zelenskidən dünya ictimaiyyətinə ÇAĞIRIŞ - VİDEO
Hazırda oxunan: “Rusiya Xersonu təcrid zonasına çevirir” – Zelenskidən dünya ictimaiyyətinə ÇAĞIRIŞ - VİDEO
101717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.