Britaniyada yeni hökumətin tərkibi elan edilib

Britaniyada yeni hökumətin tərkibi elan edilib

Hazırda oxunan: Britaniyada yeni hökumətin tərkibi elan edilib

101132

Bu gün rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin olunan Rişi Sunak kabinet üzvlərini müəyyən etməyə başlayıb. 

Bizim.media TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant yeni baş nazir Rişi Sunakın hökumətində vəzifəsini saxlaya bilib. Belə ki, Hant əvvəllər Sunakın özünün tutduğu bu vəzifəyə oktyabrın 14-də Liz Trasın baş nazir olduğu zaman təyin edilib. 

Dominik Raab ədliyyə naziri və baş nazirin müavini vəzifəsinə qayıdıb. 

Bundan başqa, Ben Uolles Böyük Britaniyanın müdafiə naziri postunda qalıb, Ceyms Kleverli isə yenidən xarici işlər naziri vəzifəsinə təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO