Sumqayıtdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO

Sumqayıtdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Sumqayıtdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO

99156

Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat xidmətindən bildirilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub. 

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. 
 
Əlavə məlumat veriləcək. 

*** 21.07

Sumqayıtda sexdə yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. 

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO