Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB

Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB

Hazırda oxunan: Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB

98682

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda İslam Bankının yaradılmasının vacibliyini qeyd edib:

“Bu gün bir sıra müsəlman ölkələrində İslam qaydalarına uyğun fəaliyyət göstərən banklar var. Azərbaycanda bir sıra qanunlar qəbul edilib, bəzi beynəlxalq sənədlərə qoşulsaq da, bu məsələdə problemlər var.
Dindar şəxslər banklara maraq göstərmirlər. Onlar bu səbəbdən xarici İslam banklarına üz tuturlar. Bu da ölkədən kapital axını deməkdir. Eyni zamanda, son dövlərdə ölkəmizdə dindar şəxslərin sayının artdığını da qeyd etməliyik. Ona görə də ölkəmizdə İslam banklarının, maliyyə institutlarının yaradılması mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat əlavə edib.

Bizim Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov bildirir ki, İslam bankçılığının Azərbaycanda işləməsi mümkün deyil.

Bunun da bir neçə ciddi səbəbi var:

“Azərbaycanda İslam bankının yaradılmaması bir neçə səbəbdən qaynaqlanır. Birincisi, İslam bankçılığını tətbiq etmək üçün onu bilmək lazımdır. Azərbaycanda isə bu sahə üzrə mütəxissislər yoxdur. İkinci səbəb isə bu sahədə qanunvericiliyin olmamasıdır.

Heçkəs bu istiqamətdə irəliyə çıxmaq istəmir. Belə bir bankın yaradılmamasının üçüncü səbəbi isə İslam bankçılığının mahiyyətilə bağlıdır. İslam bankçılığını ənənəvi bankçılıqdan fərqləndirən əsas cəhət burada faizin olmamasıdır. Adi bankda borc götürənin iqtisadi fəaliyyətinin uğurlu və yaxud uğursuz olmasının pul verən üçün heç bir əhəmiyyət kəsb etmir.

Onu yalnız əmanətlər üzrə faizin ödənilməsi maraqlandırır. İslam bankçılığında isə borc verən borc alanla şərikdir. Bu formada bankın da sahibkarın əldə edəcəyi mənfəətdə payı olur. 
Azərbaycan iqtisadiyyatında isə qeyri-şəffaflıq var, sahibkarların əhəmiyyətli hissəsi öz maliyyə göstəricilərini gizlədir.

Qeyri-şəffaflıq üzündən İslam bankından pul alan sahibkar mənfəətin olmadığını bəyan edir. Bu halda isə İslam bankı işləyə bilməyəcək. Bir sözlə, İslam bankçılığı iqtisadiyyatın, təsərrüfat subyektlərinin şəffaf olduğu məkanda uğurlu olur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO