"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir yarışmasına start verildi - FOTOLAR

Hazırda oxunan: "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir yarışmasına start verildi - FOTOLAR

9868

Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək. 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunacaq müsabiqədə Azərbaycandakı bütün məktəblərin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirak edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş müsabiqənin təşkil edilməsi ilə bağlı təəssüratlarını paylaşıb. 

Şeirin tarix boyu türk toplumlarının məramını ifadə edən bir vasitə olduğunu qeyd edən Büyükbaş şeir-dastan ənənəsinin qəhrəmanlıq, tarixi hadisələri, adət-ənənələrimizi və dövrün həyat tərzini gələcəyə daşıdığı üçün türk tarixinin işıqlandırılmasında sənəd xarakteri daşıdığını bildirib:

“Pandemiya dövründə Azərbaycan ordusunun Qarabağ qələbəsinə şahid olan övladlarımızın bu şərəfli dastanı şeir dili ilə gələcəyə daşımalarını istədik. Çünki şeirlər çap edilərək kitab halına gətiriləcək və şahid olduqları bu qələbə uşaqların gözləri ilə tarixi bir sənəd olacaq".

"Bu işin əsas məqsədi bir tərəfdən uşaqlarımıza və gənclərimizə milli şüur qazandıraraq yaşadıqları coğrafiyada vətən sevgisini gücləndirmək, digər tərəfdən isə yaşadıqlarını yazaraq şeir ifadə qabiliyyətlərini inkişaf etdirməkdir”,- deyə Nihat Büyükbaş əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO