Bakıda SOYĞUNÇULUQ - Xadimə işlədiyi evdən 28 minlik qızıl oğurladı

Bakıda SOYĞUNÇULUQ - Xadimə işlədiyi evdən 28 minlik qızıl oğurladı

Hazırda oxunan: Bakıda SOYĞUNÇULUQ - Xadimə işlədiyi evdən 28 minlik qızıl oğurladı

98120

Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO