Kişi müəllimlərin sayını necə ARTIRAQ? – Təhsil mütəxəssisindən TƏKLİF

Kişi müəllimlərin sayını necə ARTIRAQ? – Təhsil mütəxəssisindən TƏKLİF

Hazırda oxunan: Kişi müəllimlərin sayını necə ARTIRAQ? – Təhsil mütəxəssisindən TƏKLİF

98005

Son illər peşələr arasında gender bərabərsizliyi dərinləşməkdədir. Təhsil sferasında kişi müəllimlərin sayı, qadın müəllimlərlə müqayisədə olduqca aşağıdır və eyni tendensiya davam edir. Əslində daha çox axın özəl sektoradır və bu da başadüşüləndir. Amma kişi müəllimlər şagirdlərin təlim-tərbiyəsində və onların vətəndaş kimi formalaşmalarında əhəmiyyətli rola malikdir. Orta məktəblərdə ard-arda baş verən neqativ halların əsl səbəbi də elə kişi müəllimlərin azlığıdır. 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, aidiyyəti qurumlar təcili və təxirəsalınmaz layihələr həyata keçirməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Dilimizdə gender ayrı-seçkiliyi yaradan sözlər: müəllim, yoxsa müəllimə? – Elmi İZAH


Bu istiqamətdə işlər aparılmasa, gələcəkdə çox ciddi çətinliklərlə üzləşəcəyik:

“Kişi müəllimlərinin sayının azlığı, eləcə də təhsilin idareəetmə sferasında kişi cinsi mənsublarının azlığı müəyyən qədər çətinliklər yaradır.

Təxminən 15 il əvvəl təhsi sahəsində daha çox kişiləri görmək olurdu. İstər bu sahənin idarəetməsində, istər ibtidai, istərsə də yuxarı siniflərdə dərs deyən müəllimlərin əksəriyyəti kişi idi. Həmin dövrün nizam-intizam, təlim-tərbiyə qaydaları daha gözəl idi. Bu gün ölkənin 4440 orta məktəbində 150 minə yaxın müəllimin 130 mini qadındır.

Müəllimlərin işə qəbul imtahanında təxminən 55 minin 45 minini qadın müəllimlər təşkil edirdi. Bu vəziyyət olduqca acınacaqlıdır və bunun  bir çox səbəbləri var. İlk səbəb müharibə şəriatində olan Azərbaycanın istər birinci, istərsə də ikinci Qarabağ savaşında kifayət sayda kişi itirməsi ilə bağlıdır. İkinci səbəb müəllimlərin maaşının azlığıdır.
Bu səbəb xeyli sayda kişi müəllimləri sözügedən sahədən uzaqlaşdırıb. Kişi müəllimlər istədiyi qazancı orta məktəblərdə əldə edə və ailəsini dolandıra bilmirlər. Bu səbəbdən özəl təhsil müəssisələrinə və ya tədris kurslarındakı işlərə cəlb olunurlar”.

Ekspert hesab edir ki, təhsil sahəsində kişi müəllimlərin sayının artırılması üçün ilk növbədə müvafiq proqramlar həyata keçirilməlidir:

“Həvəsləndirici, stimulverici və motivasiyaedici proqramlar olmalıdır. Pedaqoji yönümlü ixtisası seçən hər hansı bir kişi abituriyentə müvafiq təqaüd təqdim etmək, həmin şəxslərə müəyyən imtiyazlar tanımaq, onlara daha asan kredit götürülməsi imkanını yaratmaqla güzəştlər tətbiq olunarsa, ən azı 15-20 il əvvəlki dövrü yenidən qaytarmış olarıq.

Təsəvvür edin, uşaq məktəbəqədər təhsil müəssisəsində, orta məktəbdə, yuxarı təhsil pilləsində ancaq xanım müəllimləri görür. İstər qız, istərsə də oğlan şagirdlər xanım müəllimlərin xüsusiyyətlərini mənimsəyirlər. Cəmiyytimizdə əksər oğlan uşaqlarının davranışlarını görürük. Yaxud qızların humanist məsələsində daha fərqli böyüdüldüyünün şahidi oluruq.
Bunlar yolverilməzdir. Artıq düşünmək və bu istiqamətdə işlər görmək lazımdır. Təhsil sahəsində baş verən neqativlərin əsas problemi idarəetmədə olan boşluqlardır. Təhsil alan 1 milyon 600 min şagirdin hamısı öz mısuliyyətini dərk etmir. Şagird müəllimindən, direktor müavinindən və direktordan çəkinmirsə, bu, artıq acınacaqlı vəziyyətdir”. 

Ekspert 1990-cı ildən 2010-cu ilə qədər dövrdə ibtidai sinif müəllimlərinin böyük əksəriyyətinin kişi müəllimlərdən ibarət olduğunu xatırladıb:

“Bu gün ixtisaslar elə bölünüb ki, kişilər məktəbəqədər təhsil və ibtidai təhsil sahələrində gedib oxumurlar. Hazırda bu ixtisas yalnız qadınlar üçün biçilib. Bir nəfər həmin ixtisasda təhsil almır. Eynilə bu ingilis dili, Azərbaycan dili, bir sözlə gender məsələsinə görə bölünür”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO