Şuşalılara ŞAD XƏBƏR – Bu tarixdə evlərinə QAYIDACAQLAR

Şuşalılara ŞAD XƏBƏR – Bu tarixdə evlərinə QAYIDACAQLAR

Hazırda oxunan: Şuşalılara ŞAD XƏBƏR – Bu tarixdə evlərinə QAYIDACAQLAR

97831

“Evlərinə qayıdacaq insanlar rahat inkluziv şəhərdə yaşayacaq. Biz istəyirik ki, o insanlar bu yerlərə aid olduğunu hiss etsin, o məxsusluğu hiss etsin”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. 

O bildirib ki, Şuşaya qayıdan sakinlər üçün iş yerləri təmin olunmalıdır. 

“2023-cü ilin sonundan etibarən Şuşaya sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır.
Bildiyiniz ki, Şuşa fərqlidir, onun məhdud iqtisadi potensialı var, bura daha çox mədəni və turistik potensiala malikdir. Ona görə də biz evlərinə qayıdacaq sakinlərimizin gözləntilərini, iş şərtlərini və s. diqqətə alırıq. Bu məsələlər master planda əksini tapıb”,- deyə Aydın Kərimov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO