ARB kanalından Bizim.Media-ya TƏBRİK - VİDEO  

ARB kanalından Bizim.Media-ya TƏBRİK - VİDEO  

Hazırda oxunan: ARB kanalından Bizim.Media-ya TƏBRİK - VİDEO  

97783

“Bir təbrikimiz var. İstəyirəm bu təbriki ünvanına çatdırım. Bizim.Media - yəqin ki, çoxlarınıza tanışdır. Yaşı azdır, iki yaşı tamam olur. Amma bu iki il ərzində çox böyük işlərə ortaq olub. Xüsusilə Vətən Müharibəsi dönəmində fəaliyyətə başlayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirlər ARB televiziyasının “Günə doğru” verilişində Bizim.Media-nın ünvanına səsləndirilən təbrikdə deyilib.

Verilişin aparıcısı həmkarımız Sevda Nəsirova daha sonra bildirib:

“Həmin dönəmdə hamı istəyirdi ki, dəqiq, düzgün məlumatlar əldə etsin. Bu məlumatlar məhz Bizim.Media-dan əldə edilirdi. Elə bu günün özündə də həm müxtəlif sahələrdə, həm dünyada yaşananlar, həm siyasət, mədəniyyət, idman sahələrində, bir sözlə, dünyadan və ölkədən xəbəri olmaq istəyən məlumatları yenə Bizim.Media-dan əldə etmək istəyir.

Həmkarlarımızı təbrik edirik. Bilirsiniz ki, televiziyaların xəbər sütununu əsasən saytlardan alınan informasiyalar təşkil edir. Onlara çox böyük təşəkkür edirik.
Bizim.Media da onların sırasındadır. Sözünə güvəndiyimiz, sizin də sözünə etibar etdiyiniz xəbər media qurumlarından biridir. Ona görə də həmkarlarımıza bol oxucu arzulayırıq”.

Biz də öz növbəmizdə Bizim.Media olaraq, ARB kanalının rəhbərliyinə, qurumda çalışan həmkarlarımıza diqqətə, təbrikə və ünvanımıza səsləndirilən xoş sözlərə görə təşəkkürümüzü bildiririk.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO