Azərbaycanda 174 təhsil işçisi Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Onlar təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.
Təhsil işçilərinin 58-i "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına, 116-sı isə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülüb.
Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 51 müəllim “Əməkdar müəllim” fəxri adına, 71 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
Həmçinin, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən 3 təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, 8 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:09 / 05.10.2022
Emin Əmrullayev 174 təhsil işçisini TƏLTİF ETDİ
Hazırda oxunan: Emin Əmrullayev 174 təhsil işçisini TƏLTİF ETDİ
Hazırda oxunan: Emin Əmrullayev 174 təhsil işçisini TƏLTİF ETDİ
97580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.