Polislər Bakıdakı yanğını belə söndürdü – FOTO/VİDEO 

Polislər Bakıdakı yanğını belə söndürdü – FOTO/VİDEO 

Hazırda oxunan: Polislər Bakıdakı yanğını belə söndürdü – FOTO/VİDEO 

97554

Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verənyanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birindən gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.  

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. 

Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.  

Yanğının baş vermə səbəbləri  digər dövlət orqanları tərəfindən araşdırılır. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO