Azərbaycan Televiziyası 6 aya yaxın ermənilərdən qorunmaq üçün mağaraya sığınmış azərbaycanlılarla bağlı sənədli film hazırlayıb.
Bu barədə Bizim.Media-ya QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən məlumat verilib.
Məlumata görə, real hadisələr əsasında lentə alınan sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının həmin mağarada yaşadıqlarından bəhs edir.
Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə, Zar kəndindəki sözügedən mağarada çəkilib.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur. “Zar mağarası” filmi barədə daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media