Şabranda yanğın olub - VİDEO

Şabranda yanğın olub - VİDEO

Hazırda oxunan: Şabranda yanğın olub - VİDEO

97019

Şabran rayonunun Gəndab kəndində  kənd sakini Ceyhun Şahşah oğlu Dostəliyevin evində yanğın qeydə alınıb.

Bizim.Media xəbər verir ki, qəfil başlayan yanğın  evə bitişik yardımçı tikililəri əhatə edib.

Alovun söndürülməsinə əvvəlcə kəndin gəncləri, sakinlər başlayıb. Hadisə yerinə çağırılan FHN-in Xaçmaz və Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi yanğının söndürülməsini davam etdirib.

Operativ görülən tədbirlər sayəsində yanğının yaşayış evinə keçməsinin qarşısı alınıb.

Nəticədə yardımçı tikililərə yığılmış avtomobil təkərləri və ot tayası külə dönüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO