FHN-dən fövqəladə vəziyyətdə davranış qaydaları ilə bağlı MAARİFLƏNDİRMƏ tədbirləri – FOTO

FHN-dən fövqəladə vəziyyətdə davranış qaydaları ilə bağlı MAARİFLƏNDİRMƏ tədbirləri – FOTO

Hazırda oxunan: FHN-dən fövqəladə vəziyyətdə davranış qaydaları ilə bağlı MAARİFLƏNDİRMƏ tədbirləri – FOTO

96874

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Qalaqayın kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Aşağı Ləgər kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində və Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Uşaq Musiqi Məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO