Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi BAŞLANILDI

Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi BAŞLANILDI

Hazırda oxunan: Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi BAŞLANILDI

96840

Baş Prokurorluq Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Baş prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO