Bərdədə bayrağımıza hörmətsizlik edilməsilə bağlı araşdırma aparılır – RƏSMİ  

Bərdədə bayrağımıza hörmətsizlik edilməsilə bağlı araşdırma aparılır – RƏSMİ  

Hazırda oxunan: Bərdədə bayrağımıza hörmətsizlik edilməsilə bağlı araşdırma aparılır – RƏSMİ  

96666

Prokurorluq Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə araşdırma aparır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.  

Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb. 

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb. 

Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib.

Qeyd olunub ki, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO