100 min manata yaxın dələduzluq edən qadına şərti cəza verildi – HÖKM

100 min manata yaxın dələduzluq edən qadına şərti cəza verildi – HÖKM

Hazırda oxunan: 100 min manata yaxın dələduzluq edən qadına şərti cəza verildi – HÖKM

96417

Dələduzluqda təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Q. Musayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza təyin olunub.
Qeyd edək ki, Bakı şəhər sakini Fəridə Quliyeva ümumilikdə 92 min manatlıq dələduzluğa məruz qalıb. O, “Nərimanov” metro stansiyası yaxınlığında yerləşən binadan kreditlə ev almaq üçün qohumu Qızılgül Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib.

Daha sonra hər ay iki min manat həmin şəxsə pul ödəyib. 2020-ci ildə isə Q. Musayeva F. Quliyevaya həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb.

Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da alıb. Aldadıldığını görən F. Quliyeva Nərimanov rayon Polis İdarəsinə müraciət edib.
İstintaq zamanı məlum olub ki, Q. Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirərək baha qiymətə satmaq olub.

İstintaq orqanı tərəfindən Q. Musayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli mqidarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO