Qarabağda nə qədər ərazi minadan təmizlənib?

Qarabağda nə qədər ərazi minadan təmizlənib?

Hazırda oxunan: Qarabağda nə qədər ərazi minadan təmizlənib?

96277

İndiyə qədər minadan təmizlənmiş işğaldan azad olunmuş ərazilərin sahəsi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.

Araz İmanov qeyd edib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib: 

"Həmin ərazilərdən 66000 ədəddən çox mina və partlamamış sursat aşkar edilib. BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıb ki, işğaldan azad olunmuş ərazidə 1 milyona yaxın mina və partlamamış sursat var. Onların tamamilə təmizlənməsi üçün 25 il müddət və 50 milyard dollar vəsait lazım olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO