“Başda nazir Əbülfəz Qarayev olmaqla bütün vəzifə sahibləri məsuliyyət daşıyırlar...”x9d

“Başda nazir Əbülfəz Qarayev olmaqla bütün vəzifə sahibləri məsuliyyət daşıyırlar...”x9d

Hazırda oxunan: “Başda nazir Əbülfəz Qarayev olmaqla bütün vəzifə sahibləri məsuliyyət daşıyırlar...”x9d

96201
Bu yaxınlarda saytların birində İ. Rəhimlinin “Ləyaqət kişiliyin tacıdır”x9d adlı məqaləsi və N.Məmmədxanlının “İsrafil İsrafilov Akademik Dram Teatrın kollektivini sevmir!”x9d adlı müsahibəsi və buna bənzər digər yazılar məni məcbur etdi ki, bu sferanın mahiyyətindən az-çox xəbəri olan bir vətəndaş kimi teatrda baş verən hadisələrə öz münasibətimi bildirim. Doğrusu, bu cür vəziyyət ortaya çıxanda heç bir ziyalı biganəlik göstərməməli, yəni bir tamaşacı kimi kənardan seyr etməməli, ən azından yazılı formada öz mövqeyini ortaya qoymalıdır.

Müəllifin xalq artisti rəhmətlik İ. Əsgərovun vida mərasimində sənət dostlarının münasibətlərinin təsviri, yəni cingiltili hayqırtıları, qaralmış sifətləri, tez-tez ah çəkmələri, gözlərindən asılmış zindan ağırlığında qəmləri, od püskürmələri, “itirə-itirə gedirik”x9d pıçıltıları və sair münasibətlərin teatrlaşdırılmış formada qələmə alması məni çox təəccübləndirdi.

Doğrusu buna şərh vermək çətindir. Ona görə ki, yas mərasimində insanlar kədərlənir, bu təbiidir. Ancaq ortada hər hansısa məqsəd olanda bu kədər bu formada gündəmə gəlir. Məgər, bu mərasim olmasaydı bunlar içlərində o qəzəbi, nifrəti deməyəcəkdilər? Bəs bunlar bu ağırlığında yükü necə daşıyırdılar? Bunları demək lazımdır, ancaq “teatr”x9d formasında yox.

Qaldı ki, N. Mehdixanlının “İsrafil İsrafilov Akademik Dram Teatrının kollektivini sevmir!”x9d adlı müsahibəsinə münasibət olaraq onu bildirmək istəyirəm ki, teatrda mübahisələr həmişə olur, olacaq da. Kimsə mübahisələri kiminsə ölümündə bir səbəb kimi ortaya qoyursa, bu kökündən yanlış və qorxulu bir gedişdir. Bu gedişi ictimaiyyətin içinə buraxmaq olmaz. N. Mehdixanlı çəkinmədən müsahibəsində deyir ki, A. Mirzəyev və İ. Əsgərovun ölümünün səbəbi bu günkü teatrın atmosferası olub. Sonra müsahibədə qeyd olunur ki, İ. İsrafilov A. Mütəlibovun vaxtında Abşeronun I katibi olub. Bu kimlərəsə nəyisə xatırlatmaq deyilmi?! Yaxşı yadımdadır Ə. Vəzirovun vaxtında da H.Əliyevin əleyhinə olan “Qızıl teşti”x9d i bəh-bəhlə tamaşaya qoydunuz. Bəs bu necə, bu, kiminsə kimlərəsə teatr sovqatı deyildimi?!

Teatrda bu vəziyyət daim yaşayıb və yaşayır. Ancaq bu halların ictimaiyyətə çılpaq şəkildə nümayiş etdirilməsi heç vaxt olmayıb. Belə hallar o vaxt baş verir ki, orada heç nə yerində deyil, əgər bu belə olmasaydı bu hadisələr baş verməzdi. Bir xalq artisti digər xalq artistinin köynəyini cırır, gücü daxilində fiziki güc göstərir (döyür) sonra polis bölməsinə çağrılıb barışdırılırlar (baxmayaraq ki, gündə səhnədə bunlar ictimaiyyətə dəyərlər haqda uzun-uzadı “dərs deyirlər”x9d) sonra da nümayişkarənə şəkildə barışdıqlarını, qonaqlıq vasitəsilə qeyd etdiklərini ictimaiyyətə elan edirlər. Bax, ictimaiyyətin bu halı bilməsi teatrın ənənəsinin yox olmasını ortaya qoyur. Bu isə çox qorxulu bir vəziyyətdir. İllərlə mövcud olan ənənəni bir anda çılpaq şəkildə yox etmək bu günkü teatrın nə gündə olmasının bariz nümunəsidir.

Yaxud teatrda bəziləri özlərini teatrın kardinalı adlandırır. Onlar teatrın bu vəziyyətində kənarda qalmamalıdırlar, axı onlar kardinaldırlar, yoxsa onlar kardinalın nə olduğunun mahiyyətini bilmirlər? Onlara onu demək istərdim ki, kardinalların üzərinə daha çox məsuliyyət düşür, nəinki “ papa”x9d nın. Acı da olsa, belə vəziyyətlərdə ya kardinallar, ya da “papa”x9d da öz əşyalarını yığıb, üzüsulu oranı tərk etməli, yaxud ambisiyalarından əl çəkib teatr dünyasına öz töhfələrini verməlidirlər.

Nə qədər ki, teatrda Stanislavskinin “yaşama”x9d məktəbi mövcuddur, bu belə də davam edəcəkdir. Çünki, bu mənasız “yaşama”x9d məktəbi insanları əsl yaşamdan və insaniyyət məktəbindən uzaq tutur. Az-çox bu “yaşama”x9d məktəbini bilən şəxslər mənim nə dediyimi başa düşərlər. Bu “yaşama”x9d məktəbində aktyor oynadığı obrazın dünyasına o qədər boş-boş, mənasız, öz gözəl əvəzedilməz hissləri ilə girib-çıxır ki (bilmədən), adi həyatda o hisslərlə yaşamağa heç nəyi qalmır. Çünki, məktəb düzgün məktəb olmadığı üçün əldə etdiyi nailliyyətlər də həyatında bir o qədər önəmli olmur. Onu da deməliyəm ki, onsuz da teatr dedi-qodu yei olub. Bunu ictimaiyyət bilə bilməz, ancaq az-çox o mühiti bilən adamlar bunun nə olduğunu bilirlər. Qabartmaq lazım olmadığı üçün geniş şərh verməyə ehtiyac duymuram. Qısa olaraq onu demək istəyirəm ki, o dedi-qodu olmayanda da teatr yaşaya bilməz. Bunun da özəl səbəbləri var.

Teatrın bu gündə, bu vəziyyətdə olmasında başda nazir Ə.Qarayev olmaqla bütün vəzifə sahibləri məsuliyyət daşıyırlar. Nazir və ya nazir müavini bu vahim durumu görüb “durun”x9d komandası verib, bu vəziyyətə son verməlidirlər. Çünki ortada insan taleyi var, çünki onların övladlarının gələcəyi var. Bir də heç kimin haqqı yoxdur ki, heç bir dəlil-sübut olmadan kiminsə ölümünü bir insanın adına bağlasın. Bu çox qorxulu və təhlükəli bir tendesiyadır. Nüfuz davasını insan taleyinə bağlamaq nadanlığın birinci əlamətidir. Bu nadanlığı aradan qaldırmağın yeganə yolu da reformadır.

İbrahim İsgəndərli

rejissor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO