Göygöldə avtomobil sərxoş piyadanı xəstəxanalıq etdi

Göygöldə avtomobil sərxoş piyadanı xəstəxanalıq etdi

Hazırda oxunan: Göygöldə avtomobil sərxoş piyadanı xəstəxanalıq etdi

95954

Göygöl rayonunda 49 yaşlı kişini avtomobil vurub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. 

Hərəkətdə olan VAZ markalı avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub.  Piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərsələr də onun  vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumata görə yolu keçən piyada M.Həsənov hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO