General-mayor Emin Şəkinski dünyasını dəyişib

General-mayor Emin Şəkinski dünyasını dəyişib

Hazırda oxunan: General-mayor Emin Şəkinski dünyasını dəyişib

959

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Bizim.Media  məlumat verir ki, 59 yaşlı generalın səhhətində müəyyən problemlər var imiş.  Şəkinski Emin Əkrəm oğlu 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. O, Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini icra edib.
2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Emin Şəkinski   aktrisa  Barat Şəkinskayanın  oğlu idi. O həm də prezident İlham Əliyevin sinif yoldaşı olub. Emin Şəkinskinin 22 yaşlı oğlu 8 il bundan əvvəl aeroport yolunda  avtomobil qəzası keçirərək, dünyasını dəyişmişdi. E.Şəkinski bir zamanlar şəxsi həyatı ilə də gündəmə gəlmişdir. Belə ki, general-mayorun  keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya 2014-cü ildə saxta sənəd düzəldərək  4 övladı ilə birgə  Azərbaycandan qaçmağa müvəffəq olmuşdu. Bu işə şərait yaradanlar məsuliyyətə cəlb edilmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO