Rusiyanın Ədliyyə Nazirliyi və Mərkəzi Bank icra vərəqələri üzrə pul köçürməsinin məhdudlaşdırıla biləcəyi qanun layihəsi hazırlayır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RBK televiziyası yayıb.
Mənbə yazır ki, bu sənədlər üzrə vəsaitlərin xarici hesablara köçürülməsi qadağan edilə bilər.
Şirkət və ya vətəndaşın ödəmə həyata keçirmək üçün Rusiya bankında hesabı olmalıdır. Bu qayda qeyri-rezidentlərə də şamil olunacaq.
Bildirilir ki, bu tədbir çirkli pulların yuyulması və vergidən yayınma ilə daha səmərəli mübarizə aparmağa imkan verəcəkdir.
İlk dəfə belə bir fikir 2019-cu ildə ortaya çıxıb. Mərkəzi Bank və Ədliyyə Nazirliyində qanunun xüsusiyyətləri hələ açıqlanmır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 25.01.2021
Rusiyadan xaricə pul göndərməkdə məhdudiyyətlər tətbiq edildi
Hazırda oxunan: Rusiyadan xaricə pul göndərməkdə məhdudiyyətlər tətbiq edildi
Hazırda oxunan: Rusiyadan xaricə pul göndərməkdə məhdudiyyətlər tətbiq edildi
9566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.