Paytaxtda qadınları şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI  

Paytaxtda qadınları şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI  

Hazırda oxunan: Paytaxtda qadınları şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI  

95413

Bakının Sabunçu rayonunda qadınlara hədə-qorxu gələn, polis əməkdaşlarına müqavimət göstərən Teymur Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.  

Sonra ittihama münasibət bildirən Teymur Yolçuyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
Növbəti proses oktyabrın 4-də davam edəcək. 

İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə bu il aprelin 29-da gecə saat 2:50-də Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. 

Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib. 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. 

Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya iki dəfə xəbərdarlıq atəşi açıblar. 

Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. 
Araşdırmalarla həmin şəxsin əvvəllər üç dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO