Azərbaycan İkinci Qarabağ müharibəsində öldürülən 30 hərbçinin qalıqlarını Ermənistana təhvil verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin nümayəndəsi Hunan Tadevosyan öz “Facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, erməni həbçilərin meyitlərinin qalıqları Füzuli və Suqovuşanda tapılıb. Cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Tadevosyanın sözlərinə görə, əvvəlki günlərlə müqayisədə dünən daha çox ölü qalıqları aşkarlanıb.
Ümumilikdə, 13 noyabr 2020-ci ildən bəri Qarabağda 1281 erməni hərbçinin cəsədi və qalıqları tapılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:02 / 24.01.2021
Füzuli və Suqovuşanda 30 erməni hərbçisinin qalıqları tapıldı
Hazırda oxunan: Füzuli və Suqovuşanda 30 erməni hərbçisinin qalıqları tapıldı
Hazırda oxunan: Füzuli və Suqovuşanda 30 erməni hərbçisinin qalıqları tapıldı
9497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.