Milli parkın yanğın olan əraziləri yaşıllaşdırılır

Milli parkın yanğın olan əraziləri yaşıllaşdırılır

Hazırda oxunan: Milli parkın yanğın olan əraziləri yaşıllaşdırılır

94943

Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə payız əkin mövsümündə 1000-dən çox göyrüş, ağcaqayın tingləri əkiləcək, 300 kq toxum səpiləcək

Bizim.Media xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, hazırda milli parkın ərazisində yanğına məruz qalmış ağaclar götürülərək ərazidən daşınır, təmizlənmiş ərazilər isə əkinə hazır vəziyyətə gətirilir.

Xidmət rəsmisinin sözlərinə görə, payız əkin mövsümünə start verilənə qədər əməkdaşlarımız tərəfindən yanğına məruz qalmış ərazilər əkinə hazır vəziyyətə gətiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO