Şəmkirdə qəza: Bir ailənin 4 üzvü xəstəxanalıq oldu

Şəmkirdə qəza: Bir ailənin 4 üzvü xəstəxanalıq oldu

Hazırda oxunan: Şəmkirdə qəza: Bir ailənin 4 üzvü xəstəxanalıq oldu

94908

Şəmkir rayonunda avtomobilin maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü Nəriman Abbasovun idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində R.Abbasova,  X. Abbasova , A.Abbasova və E.Abbasova xəsarət alıblar.

Zərərçəkənlər Şəmkir rayon xəstəxanasına yerləşdiriliblər. Onlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO