General-mayor şəhid ailələrinə baş çəkdi - FOTO

General-mayor şəhid ailələrinə baş çəkdi - FOTO

Hazırda oxunan: General-mayor şəhid ailələrinə baş çəkdi - FOTO

94421

Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov və nazirliyin bir qrup əməkdaşı bu gün Şabran rayonunda olub.

General-mayor Nəcəfov Şabran Şəhidlər Xiyabanında ermənilərin son təxribatında şəhid olan Murad Rəsulovun məzarını ziyarət edib, bütün şəhudlərin ruhunu hörmətlə anıb.

Sonra Murad Rəsulovun ailəsində olan Müdafiə Nazirliyinin rəsmisi şəhidin doğmalarına səbr, dözüm arzulayıb, onun və dostlarının qanının yerdə qalmadığını deyib.

General-mayor Hilal Nəcəfov daha sonra rayonun Surra kəndində Vətən Müharibəsi şəhidi Xəyal Həsənovun məzarını ziyarət edib.

Məlumatı Bizim.Media-ya Şabran RİH başçısının müavini İlkin Ağayev verib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO