"Açıq mikrofon" Qubada - FOTO 

Hazırda oxunan: "Açıq mikrofon" Qubada - FOTO 

93395

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev açıq mikrofonu ilə Qubada olub.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, o, Quba İH başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədovla Barlı qəsəbəsində və Hacıqayıb kəndində olub, yeni salınan yaşayış massivlərində qazlaşmanın vəziyyəti ilə maraqlanıblar. 

Daha sonra "Açıq mikrofon" Qubanın ucqar Cimi kəndində qurulub. Sakinlər dağ kəndində qazla bağlı çətinlik çəkdiklərini deyiblər.
Quba İH başçısı Ziyəddin Əliyev rayonda qazlaşma sahəsində görülən işləri qənaətbəxş hesab etdiyini deyərək ucqar kəndlərə də təbii qaz çəkilməsini xüsusi  vurğulayıb. 

Qeyd edib ki, rayonda bu istiqamətdə görülən işlər davamlı şəkildə aparılır. 

Millət vəkili Vahid Əhmədov isə qaz olmayan kəndlərdə yaşayan seçicilərini ən çox narahat edən bu məsələnin həlli istiqamətində  görülən işlərdən danışıb.

"Azəriqaz" rəsmisi sakinlərə vəd verərək bildirərək bildirib ki, Barlı qəsəbəsində və Hacıqayıb kəndində sentyabr ayının sonunadək qazlaşma işləri  başa çatdırılacaq. Cimi kəndində isə qazlaşma işlərinə yaxın günlərdə başlanılacaq və ilin sonunda yekunlaşacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO