Növbəti dtədris ilinin başlanmasına saylı günlər qalıb. Sentyabrın 15-də Azərbaycanda növbəti dərs ilinə start verilir. Bu fonda bölgələrdən gələn tələbələr və şagirdlər hesabına Bakıda əhalinin sıxlığı daha da artır. Tədris ilinin başlanması fonunda əhali hər il bu vaxtlar üzləşdiyi problemlə təkrar üzləşə bilər. Söhbət sözsüz ki, sentyabrın 15-dən sonra avtomobil yollarında özünü göstərəcək vəziyyətdən gedir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov düşünür ki, cari tədris ilində əvvəlki illərlə müqayisədə tıxac məsələsilə bağlı yollarda vəziyyət daha gərgin olacaq:
“Adətən hər il tədrin ilinin başlanğıcı ilə paytaxtda ciddi nəqliyyat sıxlığı və tıxacların şahidi oluruq. Təəssüf ki, bu il də anoloji hadisələrin şahidi olmaqda davam edəcəyik.
Hətta vəziyyəti təhlil edərək düşünürəm ki, bu il tədris ilinin başlanması ilə yollardan vəziyyət daha gərgin olacaq. Avtobus nəqliyyatı bu il bir qədər də geriləyib. Hazırda orada iqtisadi, təşkilatı, texniki böhran dərinləşib.
Ona görə də yollarda vəziyyət daha da gərginləşəcək. İctimai nəqliyyat zəifləyəndə, insanlar bir yerdən başqa yerə gedib-gəlmək üçün taksi və fərdi avtomobillərdən daha çox istifadə etməyə başlayır ki, bu da tıxaclara gətirib çıxarır.
Həmsöhbətimiz çıxış yollarını da göstərdi:
“Dünya təcrübəsində tıxaclarla mübarizənin hazır həll yolları var. Sadəcə onu ölkəyə gətirmək lazımdır. Dərd ondadır ki, Azərbaycanda vahid nəqliyyat siyasətini müəyyən edən və həyata keçirən bir qurum yoxdur. Bakı Nəqliyyat Agentliyi isə hazırda təşkilatlanma mərhələsini yaşayır.
Qurumun tabeçiliyinin dəyişdirilməsi səbəbi mövcud formatın problemi həll edə bilməməsindən qaynaqlanır. Amma burada daha dəqiq və kordinasiya olunmuş fəaliyyət lazımdır. Həmçinin, metro şəbəkəsi də inkişaf etdirilməlidir. Bakıda metrostansiyaların sayı 300 olmalı idi, cəmi 26-dır”.
Ekspert tıxac probleminin həlli üçün dövlətin dəstəyini vacib bildi:
“Təcrübə göstərir ki, Azərbaycan kimi ölkələrdə dövlət dəstəyi olmadan ictimai nəqliyyat inkişaf edə bilmir. Orada yüksək rentabellik yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 12.09.2022
Bakıda XAOS BAŞLAYIR - “Metrostansiyaların sayı 300 olmalı idi, cəmi 26 stansiyamız var”
Hazırda oxunan: Bakıda XAOS BAŞLAYIR - “Metrostansiyaların sayı 300 olmalı idi, cəmi 26 stansiyamız var”
Hazırda oxunan: Bakıda XAOS BAŞLAYIR - “Metrostansiyaların sayı 300 olmalı idi, cəmi 26 stansiyamız var”
93370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.