Gesco “YAŞAT” fonduna 50.000 manat ianə etdi

Gesco “YAŞAT” fonduna 50.000 manat ianə etdi

Hazırda oxunan: Gesco “YAŞAT” fonduna 50.000 manat ianə etdi

9305

Gesco mühafizə şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT”- a 50.000 manat vəsait ianə edib.

Bizim.Media xəbər verir ki, “Yaşat” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb.

Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Qeyd edək ki, GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.

26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2100-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO, beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO