Ağalı məktəbində 61 şagird təhsil alacaq - 30 ildən sonra ilk təhsil zəngi

Ağalı məktəbində 61 şagird təhsil alacaq - 30 ildən sonra ilk təhsil zəngi

Hazırda oxunan: Ağalı məktəbində 61 şagird təhsil alacaq - 30 ildən sonra ilk təhsil zəngi

92726

"Hazırda Ağalı kənd orta məktəbində təhsil almaq üçün 61 uşaq qeydiyyatdan keçib".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

O bildirib ki, həmçinin 18 uşağın da bağçada təhsilinin başlaması planlaşdırılır:

“15 sentyabrda işğaldan azad olunan ərazilərimizdə 30 ilə yaxın müddətdən sonra ilk təhsil zəngi səslənəcək”.

Şöbə müdiri qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO