Daşkəsəndə 15 yaşlı qızın ölümü ilə bağlı yeni İLGİNC DETALLAR - VİDEO

Daşkəsəndə 15 yaşlı qızın ölümü ilə bağlı yeni İLGİNC DETALLAR - VİDEO

Hazırda oxunan: Daşkəsəndə 15 yaşlı qızın ölümü ilə bağlı yeni İLGİNC DETALLAR - VİDEO

92665

Bir neçə gün öncə Daşkəsəndə intihar etdiyi deyilən 15 yaşlı Günel Həsənovanın səs yazısı yayılıb.

Bizim.Media  APA TV-ə istinadən xəbər verir ki, hadisədən bir neçə gün keçməsinə baxmayaraq bəzi məqamlar ortaya çıxıb. G.Həsənovanın valideynləri iddia edir ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb.

Valideynləri Günelin öldürüldüyünü düşünür.

Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub. 

Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.

Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək qızın səsinə oxşamır. Həmin səs yazısını sizə təqdim edirik.

Qeyd edək ki, Günel Həsənova babası ilə mövsümlə əlaqədar Astaf kəndində yaşayıblar.

Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO