Gəncədə bir sinfin bütün şagirdləri tələbə adını qazandı

Gəncədə bir sinfin bütün şagirdləri tələbə adını qazandı

Hazırda oxunan: Gəncədə bir sinfin bütün şagirdləri tələbə adını qazandı

92312

2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2816 nəfər məzun bitirib. Onlardan 1249 nəfəri respublikanın ali məktəblərinə, 158 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olublar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu açıqlamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev verib.

Onun sözlərinə görə məzunlardan 49 nəfəri 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb.

İdarə rəisi əlavə edib ki, bununla yanaşı, Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunları ali məktəbə daxil olub və tələbə adını qazanıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO