Azərbaycanda avtomobil satıcısından KREATİV ELAN – “Qayınanan maşınına minmir?”

Azərbaycanda avtomobil satıcısından KREATİV ELAN – “Qayınanan maşınına minmir?”

Hazırda oxunan: Azərbaycanda avtomobil satıcısından KREATİV ELAN – “Qayınanan maşınına minmir?”

92276

Son illərdə müxtəlif məhsullarda olduğu kimi, avtomobil satışında da onlayn elanların rolu artmaqdadır. Maşın satanların üz tutduğu əsas saytlardan biri olan “turbo.az”da adətən avtomobilini tərifləyən, hətta bəzi detallarla bağlı göz görə-görə yalan danışan satıcılara, fırıldaqçılara şahid olmaq da adi hal alıb.

Lakin bəzən üzümüzü güldürən, yanaşması və kreativliyilə həsəd doğuran elanlara da rast gəlmək mümkündür.

Saytda gəzinərkən yenə də belə bir elan rastımıza çıxdı. Allahyar adlı satıcı “Nissan Pathfinder” avtomobilini olduqca maraqlı formada təqdim edib.

Satıcının avtomobilini təqdimetmə forması istər-istəməz üzümüzü güldürdü, eyni zamanda diqqətimizi də çəkdi. Çünki məhsul satışında kreativliyin önəmi hər kəsə bəllidir. Allahyar bəyin bu elanını görənlər qeyd-şərtsiz baxıb keçəcəyi də inandırıcı görünmür.
Ən azından elana rast gələn şəxs avtomobili almasa belə elanı yaxınlarına, onlar da öz tanışlarına göndərəcəklər.

Bununla da elan daha çox insana çatacaq və avtomatik olaraq maşını daha qısa müddətdə satmaq mümkün olacaq. Ən azı bu səbəbə görə Allahyar bəyin addımı yüksək qiymətləndirilməlidir.

Biz də, satıcının “bəyən, paylaş” sözlərinə diqqət ayırıb, elanı portalımızda dərc edərək dəstəyimizi ifadə edirik.

Bu qədər marağımıza səbəb olan elanı sizlərlə də bölüşürük:

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO